Tez-tez verilən suallar
Platformadan istifadə, qeydiyyat, ödəniş, Ayla Müəllim, testlər və texniki dəstək haqqında ən vacib cavabları burada topladıq.
Platforma və hesab
EduVix-a başlamaq, hesab yaratmaq və giriş prosesi.
EduVix nə üçündür?+
EduVix şagirdlərin video dərslərə baxması, testlərlə biliklərini yoxlaması, nəticələrini izləməsi və Ayla Müəllim vasitəsilə mövzuları daha sadə izahla öyrənməsi üçün hazırlanmış onlayn təhsil platformasıdır.
Platformadan telefonda istifadə etmək olar?+
Bəli. Sayt mobil telefon, planşet və kompüter ekranlarına uyğun hazırlanır. Dərslərə baxmaq, test işləmək və hesabı idarə etmək üçün ayrıca tətbiq yükləməyə ehtiyac yoxdur.
Qeydiyyat zamanı hansı məlumatlar lazımdır?+
Əsasən ad, e-poçt və təhlükəsiz şifrə kifayətdir. Google ilə giriş aktivdirsə, Google hesabınızla da qeydiyyatdan keçə bilərsiniz.
Dərslər və testlər
Kurslara baxış, test nəticələri və progress izləmə.
Kurslar necə təşkil olunur?+
Kurslar mövzu və mərhələlər üzrə qurulur. Məqsəd şagirdin sadəcə videoya baxması deyil, mövzunu anlayıb test və tapşırıqlarla möhkəmləndirməsidir.
Test nəticələrim harada görünür?+
Testi tamamladıqdan sonra düzgün və yanlış cavabların sayı, ümumi nəticə və keçid statusu göstərilir. Gələcək mərhələlərdə nəticə analitikası daha geniş formada veriləcək.
Səhv cavab verdiyim sualları yenidən öyrənə bilərəm?+
Bəli. Platformanın məqsədi yalnız bal göstərmək deyil, zəif mövzuları görüb yenidən öyrənməyə kömək etməkdir. Bu istiqamətdə izah və təkrar imkanları mərhələli şəkildə artırılır.
Ayla Müəllim
AI müəllim, səsli izah və material əsaslı cavablar.
Ayla Müəllim nə edir?+
Ayla Müəllim seçilən fənn, sinif və mövzu üzrə izah hazırlaya, materiala əsaslanaraq suallara cavab verə və mövzunu daha sadə dillə başa sala bilər.
Ayla Müəllim hər cavabı haradan götürür?+
MVP mərhələsində Ayla əsasən platformaya yüklənən dərs materialları və seçilən mövzu konteksti ilə işləyir. Məqsəd cavabların dərs məzmununa bağlı qalmasıdır.
AI funksiyalarından ödənişsiz istifadə etmək olar?+
AI funksiyaları xərc yaratdığı üçün backend tərəfdə plan, rol və limit yoxlamaları ilə qorunur. Ödənişsiz istifadəçilər AI bölməsini görə bilər, amma aktiv istifadə üçün uyğun plan tələb oluna bilər.
Ödəniş və təhlükəsizlik
Planlar, limitlər və hesab qoruması haqqında məlumat.
Niyə AI üçün limit qoyulur?+
AI və səsli izah servis xərci yaratdığı üçün limitlər həm platformanın stabil işləməsinə, həm də qiymətin münasib qalmasına kömək edir.
Məlumatlarım təhlükəsiz saxlanılır?+
Hesab və rol yoxlamaları server tərəfdə aparılır, həssas açarlar frontend-ə çıxarılmır və istifadəçi məlumatlarına giriş icazələrlə məhdudlaşdırılır.
Cavab tapmadınız?
Kömək Mərkəzinə baxın və ya əlaqə bölməsindən bizə yazın. Müraciətinizi mümkün qədər tez və aydın cavablandırmağa çalışacağıq.